Rəşad Sadıqov Elxan Məmmədovun qərarını dəyişdirdi: "ÜSTÜMƏ GƏLMƏYİN"

14 Fevral 2020 21:30 Azərbaycan Futbolu 1 635
Rəşad Sadıqov Elxan Məmmədovun qərarını dəyişdirdi:

Dünən məlum oldu ki, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yaradılmayacaq.

Biz bunu rəsmi ağızdan - AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovdan eşitdik.

“Azərbaycan Radio”sunun qonağı olan federasiya rəhbəri bildirdi ki, U-23 yığmasının yaradılması ilə bağlı Məşqçilər Komitəsinin təklifi qəbul edilməyib:

“AFFA İcraiyyə Komitəsində belə bir fikir səslənmişdi. Ancaq bu təklif təsdiqlənmədi. Mənim fikrimi soruşursuzsa, buna ehtiyac yoxdur. Çünki həmin yaşda oyunçu artıq əsas millidə oynamalıdır. Əlavə U-23 yığmasına ehtiyac yoxdur. Bu, bizim sistemimizə də uyğun gəlmir. Premyer Liqada klublarla bağlı da limit var. U-23-ün yaradılması artıq gündəmdə deyil”.

Sportinfo.az-ın məlumatına görə, Elxan Məmmədov bu qərarı Rəşad Sadıqovun "CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində etdiyi çıxışdan sonra verib.

“Qarabağ”ın kapitanı U-23 millisinin yaradılması ideyasını tənqid edib: “Bu saatlarla müzakirə olunan məsələdir. Kobud olsa da, deməliyəm ki, mənasız qərardır. Çünki futbolçu sayımız azdır və orada kim çıxış edəcək? U-20 millisini yaratmaq daha yaxşıdır”.

Federasiyadan redaksiyamıza daxil olan xəbərə görə, E.Məmmədov R.Sadıqovu dinlədikdən sonra Məşqçilər Komitəsinin üzvləriylə görüşüb və onları tənqid edib:

”Biz sizdən ciddi təkliflər gözləyirik. Bir də belə mənasız-mənasız ideyalarla mənim üstümə gəlməyin. Hansısa təklif irəli sürməmişdən əvvəl bu barədə yaxşı-yaxşı düşünün”.

Digər Xəbərlər
Xəbər Lenti