AFFA-ya etiraz: "Anlamıram, insan hara qədər cılızlaşa bilər?"

12 Fevral 2020 21:08 Azərbaycan Futbolu 926
AFFA-ya etiraz: "Anlamıram, insan hara qədər cılızlaşa bilər?"

Futbol ictimaiyyətinin AFFA Həmkarlar İttifaqının üzvü Anar Xanlarov sosial şəbəkədə AFFA məmurlarının iç üzünü açan məlumat paylaşıb.

Sportinfo.az idman jurnalistinin yazdığını olduğu kimi diqqətinizə çatdırır:

Futbol ictimaiyyətinin AFFA Həmkarlar İttifaqı bu gün 2020-ci ildə ikinci toрlantısını keçirdi. Bəribaşdan deyim ki, ittifaqa və onun üzvlərinə qarşı təzyiqlər hədsiz dərəcədə artıb. Xüsusilə bölgələrdən olan və AFFA əməkdaşı olan bəzi üzvlərimizə açıq şəkildə deyilib ki, təşkilatdan çıxmasanız heç bir təyinat almayacaqsınız.

Son aylarda toplaşdığımız məkandan da bizə qadağa qoyuldu. Bildiyiniz kimi AFFA-nın təzyiqindən qorunmaq üçün iclaslarımızı keçirdiyimiz məkanların adlarını gizli saxlayırıq. Məlum otel şousu haqsız olmadığımızı sübut etdi. Qadağa qoyuluğu üçün artıq məkanın adını açıqlaya bilərəm. Söhbət "Marafon”dan gedir. Ayna Sultanovadan yuxarıda yerləşir köhnə "Oazis"in yaxınlığında. Noyabr ayından bu yana ayda 2 dəfə məhz həmin məkanda toplaşırdıq və etiraf edim ki, daim xoş üz görürük. Bu gün də plana uyğun olaraq növbəti toplantı üçün həmin məkana getmişdik. Lakin çatanda məlum oldu ki, toplantımıza icazə verilməyəcək. Bildirildi ki, bu haqda rəhbərlik tapşırıq verib. Deyilib ki, o təşkilatın bir daha orda toplantı keçirilməsinı icazə verilməsin. Gün kimi aydındır ki, yenə tapşırıq hardan gəlib. Sadəcə anlamıram ki, insan hara qədər cılızlaşa bilər? Cılızlaşığınız qədər cılızlaşmısınız onsuz da. Biz məkan tapıb yenə öz toplantılarımızı keçirib fəaliyyətimizi mübarizəmizi davam etdirəcəyik.

Təzyiqlərin daha da artması isə təsadüfi deyil. İttifaqa qoşulmaq istəyən futbol adamlarının bölgələrin azarkeşlərin sayı durmadan artır. Son 1 ayda daha 24 nəfər ittifaqa qoşulub və üzvlərin sayı 487-dən 511-ə yüksəlib. Hazırda tək mənim özümdə 10-a yaxın şəxsin ərizəsi var qol çəkdirib ittifaqa təhvil verməliyəm.

Bundan başqa ölkə başçısına göndərdiyimiz məktub da artıq ünvanına çatıb. Bununla bağlı bildiriş də gəlib. Çoxları düşünürdü ki, kimdi bu məktuba baxan kimdi, onu qəbul edən filan. Amma göründüyü kimi məktub ünvana çatıb və yəqin ki, baxılıb ən azı yaxın 1 ay ərzində cavab veriləcək. Bir məlumat da daxil olub ki, AFFA-dan tez-tez aparat ilə əlaqə saxlayırmışlar ki, filan yerdən, filan şəxslərdən məktub almısınız, ya yox. Kefləri pozulacaq, amma dediyim kimi məktub ünvana çatıb.

P.S Deyilənə görə Elxan Məmmədov yaxın günlərdə dəbdəbəli otellərin birində futbol veteranları ilə görüş keçirməyi planlaşdırır. Guya onların qayğısına qaldıqları görüntüsü yaratmaq üçün...

Digər Xəbərlər
Xəbər Lenti