Türkiyəli məşhur məşqçi Elvindən xeyir gözləyir

12 Fevral 2020 13:26 Azərbaycan Futbolu 854
Türkiyəli məşhur məşqçi Elvindən xeyir gözləyir

“Çelik”in baş məşqçisi Ümit Özat “Sportssport.ba” saytına komandasının hazırlıq prossesini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis heyətə cəlb edilən yeni oyunçular barədə də danışıb.

Yunuszadə Bosniya və Hersoqovina təmsilçisi ilə yaya qədər müqavilə imzalayıb. Özat millimizin sabiq müdafiəçisi Elvin Yunuszadənin komandaya faydalı olacağına inandığını açıqlayıb:

“Oyunçularımın işindən, motivasiyasından tam razıyam. Hazırlığımız çox yaxşı gedir. Komandaya sonuncu qoşulan futbolçu Elvin Yunuszadə oldu. O, Çempionlar Liqasında bir neçə oyun keçirib. Əminəm ki, bizə faydalı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"