Azərbaycan millisi növbəti məğlubiyyəti Litvadan aldı

7 Yanvar 03:00 Voleybol 1 593
Azərbaycan millisi növbəti məğlubiyyəti Litvadan aldı

Azərbaycanın qızlardan ibarət U-20 millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Litva ilə qarşılaşıb.

Matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya da eyni hesabla məğlub olub. U-20 son görüşünü bu gün Polşaya qarşı keçirəcək.

Yanvarın 7-dək davam edəcək turnir AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti