AFFA açıqladı: Kim nə işlə məşğul olacaq? - FOTOLAR

28 Yanvar 2020 17:35 Azərbaycan Futbolu 1 034
AFFA açıqladı: Kim nə işlə məşğul olacaq? - FOTOLAR

Bu gün “Bulvar otel”də AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən İcraiyyə Komitəsinin yeni üzvləri Könül Mehtiyevaya, Fərid Mansurova və Elxan Məmmədova müvafiq qovluqlar təqdim olunub. AFFA prezidenti İcraiyyə Komitəsinin üzvlərini təbrik edib və uğurlar arzulayıb.

Rövnəq Abdullayevin təklifinə əsasən, Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti, Elxan Məmmədov isə icraçı vitse-prezident vəzifəsinə təsdiqlənib. Elxan Məmmədovun, eyni zamanda, baş katib vəzifəsini də icra etməsi qərara alınıb.

İcraiyyə Komitəsi üzvlərinin məsul olduqları konkret iqtiqamətlər müəyyənləşdirilib:

İsgəndər Cavadov - Region futbolu
Kazbek Tuayev - Veteranlarla iş
Elxan Məmmədov - İcraçı vitse-prezident
Zaur Axundov - Futzal
Rauf Əliyev - Uşaq və gənclər futbolu
Vaqif Sadıqov - Məşqçi və klublarla iş
Elşad Nəsirov - Milli komandalarla iş
Fərid Mansurov - GİN ilə koordinasiya
Firudin Qurbanov - Tələbə futbolu
Mahir Məmmədov - Sahə FF ilə koordinasiya
Elmar Məmmədyarov - Dövlət orqanları ilə əlaqələr
Könül Mehdiyeva - Beynəlxalq əlaqələr

İclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və məsələnin müzakirəsinin İcraiyyə Komitəsinin növbəti iclasında davam etdirilməsi qərara alınıb.

İcraiyyə Komitəsinin iclasında müzakirə olunan sonuncu məsələ e-Milli komandanın yaradılması barədə olub. İK üzvləri bu məsələyə müsbət münasibət bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı