Aftandil Hacıyev bəyənmədi, Latviya klubuna keçdi

28 Yanvar 2020 18:05 Azərbaycan Futbolu 988
Aftandil Hacıyev bəyənmədi, Latviya klubuna keçdi

"Dauqavpils" klubu "Sumqayıt"ın yarımmüdafiəçisi Baxşəli Baxşəliyevdən sonra daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Latviya təmsilçisi "Səbail"in məşqçisi Emin Ağayevin oğlu Rafael Ağayevi transfer edib. 20 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Latviyada sezon noyab ayında başa çatır.

Rusiyada "Strogino"nun yetirməsi olan Rafael bir neçə gün öncə "Səbail"in düşərgəsində baxışda olmuş, ancaq baş məşqçi Aftandil Hacıyev tərəfindən bəyənilməmişdi.

"Dauqavpils" artıq azərbaycanlı futbolçular üçün doğmalaşıb. Ötən mövsüm Tural Baramov, Əli Şirinov, Elvin Sərkərov, Vüqar Əskərov bu komandanın formasını geyiniblər.

Bir neçə il əvvəl isə Mirabdulla Abbasovla Orxan Qurbanlı Latviya təmsilçisində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!