"Danışılmış oyunlar "virusunun dərmanı"nı tapmışıq"

28 Yanvar 2020 13:29 Azərbaycan Futbolu 1 084
"Danışılmış oyunlar "virusunun dərmanı"nı tapmışıq"

"Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları olmadan araşdırmaları bu miqyasda apara bilməzdik. Artıq 3 illik mübarizəmizin bəhrəsini görürük".

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi olub: "Bu "virusun dərmanı"nı tapmışıq. Artıq sağlamlaşmaya doğru gedirik. Amma hələ məhv etməmişik. Bəzi insanlar yenə cinayəti təkrarlamağa çalışırlar. Biz danışılmış oyunlara qarşı mübarizəni aktiv həyata keçirən qurumuq".

Xəbər Lenti