AFFA-da sağlam həyat tərzi: "Biz qəlyana da "yox" deyirik"

28 Yanvar 2020 13:13 Azərbaycan Futbolu 1 268
AFFA-da sağlam həyat tərzi: "Biz qəlyana da "yox" deyirik"

AFFA futbolçuların siqaret və qəlyan çəkmələri əleyhinə çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.

O deyib ki, hər bir komandanın baş məşqçisi intizama məsuliyyət daşıyır: "AFFA-da sağlam həyat tərzini təbliğ edirik. Hətta qəlyana da yox deyirik. Çünki onun da peşəkar idmana mənfi təsiri var. İdmançı öz karyerasını düşünürsə, nəinki siqaret, hətta qəlyan da çəkməməlidir".

E.Məmmədov iki oyunçunun 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən siqaret çəkdikləri üçün uzaqlaşdırıldıqlarını xatırladıb: "Baş məşqçi Samir Əliyev bizimlə əlaqə saxladı və 2 futbolçunu kənarlaşdırmaq istədiyini bildirdi. Biz isə onun qərarını dəstəklədiyimizi vurğuladıq".

Digər Xəbərlər
Xəbər Lenti