Azərbaycanda yeni milli komanda yaradılır - AÇIQLANDI

28 Yanvar 2020 13:01 Azərbaycan Futbolu 1 355
Azərbaycanda yeni milli komanda yaradılır - AÇIQLANDI

AFFA Məşqçilər Komitəsi 23 yaşadək futbolçulardan ibarət milli komandanın yaradılmasını təklif edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun yeni vitse-prezidenti və Komitənin sədri Vaqif Sadıqov açıqlama verib.

O bildirib ki, həmin komandaya yerli mütəxəssis baş məşqçi təyin olunmalıdır. Sadıqov eyni zamanda millinin yeni baş məşqçi məsələsi və Premyer Liqada klub sayının artırılması haqda da fikir bildirib.

"Milli komandanın baş məşqçi məsələsi çox vaxt alır. Ortaq məxrəcə gələ bilmədik. Namizəd çox idi. Ayrı-ayrı fikirlər səsləndi. Fikirlərimizi gələn İcraiyyə Komitəsinin iclasında bir daha bildirəcəyik. Bir neçə mütəxəssislə məsləhət aparmalıyıq. Bunlarla yanaşı, ən yaxın ehtiyat qüvvə komandalarını da müzakirə edirdik. Milli komanda ilə bağlı məsələ açıq qalıb. Bu məsələni gənclər yığmasının baş məşqçisi ilə də müzakirə edəcəyik. Milliyə ən yaxın olacaq bir yığma yaratmaq tövsiyə olundu. Ora da yerli məşqçi təyin etmək lazımdır ki, özünü göstərə bilsin. Bugünkü iclasda bu məsələ də müzakirə olundu.

Daha sonra prezident tərəfindən təsdiq olundu ki, komanda sayı növbəti mövsüm artmalıdır. Neçə komanda olacağını bilmirik. Amma mütləq say artmalıdır və yeni gələnlər bölgələri təmsil etsinlər. Biz də istəyirik ki, bölgələrdə futbol inkişaf etsin”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı