AFFA-da bütün səlahiyyətlər Elxan Məmmədova verildi!

28 Yanvar 2020 12:34 Azərbaycan Futbolu 1 394
AFFA-da bütün səlahiyyətlər Elxan Məmmədova verildi!

AFFA-nın Hesabat-Seçki Konfransında Rövnəq Abduillayevin növbəti dəfə prezident seçilməsindən sonra qapalı iclasa çəkilən İcraiyyə Komitəsinin üzvləri öz aralarında yeni təsis olunmuş icraçı vitse-prezident, həmçinin vitse-prezidentləri müəyyən ediblər.

Sportinfo.az xəbər verir ki, bu posta AFFA-nın artıq keçmiş baş katibi Elxan Məmmədov təyin olunub. Məmmədovdan boşalan baş katib vəzifəsinə isə təyinat olmayıb. Bu vəzifəni də Elxan Məmmədov icra edəcək. O, 2007-ci ildən AFFA-nın baş katibidir.

Vitse-prezidentlərin sayı 2-dən 3-ə artırılıb. İK-in üzvü Vaqif Sadıqov yeni vitse-prezident təyin edilib. Elşad Nəsirovla Rauf Əliyev də növbəti dəfə vitse-prezident seçilib.

Milli komandanın baş məşqçi məsələsi isə açıq olara qalır. Namizədlərlə bağlı müzakirə aparılıb, hələlik qərar verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"