Rövnəq Abdullayev: "Bunun öhdəsindən birlikdə gələcəyik"

28 Yanvar 2020 11:35 Azərbaycan Futbolu 1 054
Rövnəq Abdullayev: "Bunun öhdəsindən birlikdə gələcəyik"

Ardıcıl 4-cü dəfə AFFA prezidenti seçilən Rövnəq Abdullayev yenidən ona etimad göstərilməsi barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, federasiya prezidenti əvvəlcə ona güvənən və seçən İK üzvlərinə təşəkkürünü bildirib.

Yeni uğurların qarşıda olduğunu söyləyən R.Abdullayev daha sonra çıxışını bu cür davam etdirib: "İnanıram ki, növbəti dörd ildə müxtəlif proqramlar həyata keçirəcəyik. Çalışacağıq ki, millinin çıxışında dönüş yaradaq. Qarşıda bizi böyük turnirlər gözləyir. Əsasən də, AÇ-2020-nin final mərhələsinin 4 oyunu Bakıda olacaq. Düşünürəm ki, bunun ardı gələcək. Bu çağırışların öhdəsindən birlikdə gələcəyimizə inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!