AFFA İcraiyyə Komitəsinin bütün üzvləri məlum oldu

28 Yanvar 2020 11:08 Azərbaycan Futbolu 1 074
AFFA İcraiyyə Komitəsinin bütün üzvləri məlum oldu

Rövnəq Abdullayevin yenidən AFFA prezidenti seçilməsinin ardından İcraiyyə Komitəsinin üvzləri də müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qeydə alınan namizədlərin hamısı AFFA İcariyyə Komitəsinə seçiliblər. 2 yeni ad olsa da, hamısı köhnə simalardır.

İcraiyyə Komitəsinin yeni üzvləri belə olub:

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer: İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən, Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən, Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən;

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer: Zaur Axundov – “Keşlə” FK tərəfindən, Rauf Əliyev – “Səbail” FK tərəfindən, Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən, Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən, Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən;

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer: Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən, Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən;

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer: Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən, Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən.

AFFA prezidenti də İcraiyyə Komitəsinin üzvüdür.

Tədbirdə yeni vəzifənin – icraçı vitse-prezidentin kimliyinə də aydınlıq gələcək. Bu vəzifəyə indiki baş katib Elxan Məmmədov seçilsə, onun əvvəlki postuna təyinat da rəsmiləşəcək.

Xəbər Lenti