UEFA AFFA-nı dəstəkləyir

28 Yanvar 2020 10:59 Azərbaycan Futbolu 523
UEFA AFFA-nı dəstəkləyir

AFFA-nın bugünkü Hesabat-Seçki Konfransında UEFA-nın Milli Assosiasiyalar üzrə Departamentinin rəhbəri Tyerri Favr da iştirak edir.

Sportinfo.az xəbər verir ki, qurumun nümayəndəsi 2019-cu ilin mayında Bakıda keçirilmiş Avropa Liqasının finalını qiymətləndirib.

"Avropa Liqasının Bakıdakı finalında özümüzü evimizdəki kimi hiss etdik. Yüksək səviyyəli təşkilatçılıq gördük".

Avropa futbol qurumunun rəsmisi AFFA-nın fəaliyyətini dəstəklədiklərini söyləyib. O, AFFA-nın AVRO-2020-nin 4 oyununu uğurla təşkil edəcəyinə əminlik ifadə edib. Favrın sözlərinə görə, 2019-cu ilin Azərbaycan futbolu üçün daha bir böyük uğuru baş katib Elxan Məmmədovun UEFA Fair Play komitəsinin sədri seçilməsi olub.

UEFA nümayəndəsi futbolun dünyada üzləşdiyi problemlərə də diqqət çəkib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!