Nazir AFFA-nın Hesabat-Seçki Konfransında nə dedi?

28 Yanvar 2020 10:42 Azərbaycan Futbolu 602
Nazir AFFA-nın Hesabat-Seçki Konfransında nə dedi?

“Hər il ölkəmizdə böyük yarışlar keçirilir. Ən çox sevilən futbol da bu baxımdan istisna deyil". Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın bu dəqiqələrdə keçirilən Hesabat-Seçki Konfransında iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, ötən il Avropa Liqasının Bakıda keçirilən final görüşü yüksək təşkilatçılıqla yadda qaldı: "Bu, çox mühüm hadisə idi. Yenə də məzmunlu yarışa şahidlik edəcəyik. Avropa çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. İnanıram ki, bunun da öhdəsindən layiqincə gələcəyik”.

O, AFFA-nın çoxsaylı infrastruktur layihələrin həyata keçirdiyini vurğulayıb: “Gənclər və idman nazirliyi də bu baxımdan bir sıra kütləvi futbol tədbirləri həyata keçirir. Ölkəmizdə bir çox aşağı yaş qrupları üzrə turnirlər yüksək səviyyədə keçirilir. “Real” klubunun gənclər və idman nazirliyi ilə əməkdaşlığı ölkəmizdə futbolun inkişafına təkan verəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular