AFFA-nın Hesabat-Seçki Konfransı işinə başladı

28 Yanvar 2020 10:24 Azərbaycan Futbolu 543
AFFA-nın Hesabat-Seçki Konfransı işinə başladı

Bu dəqiqələrdə Bulvar otelində AFFA-nın 28-ci Konfransı işinəə başlayıb.

Sportinfo.az xəbər verir ki, tədbirdə ötən ilin hesabatı veriləcək və seçkilər keçiriləcək.

AFFA prezidenti vəzifəsinə Rövnəq Abdullayev yeganə namizəddir. İcraiyyə Komitəsi üzvlərinin sayı isə 13-ə çatdırılıb. Toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, FİFA və UEFA nümayəndələri iştirak edirlər.

Nazir çıxışında konfrans iştirakçılarını salamlayıb. O, idmana dövlət qayğısını xüsusi vurğulayaraq, futbolun hamı tərəfindən sevildiyini bildirib. A.Rəhimov xüsusən Avropa Liqasının final matçının Bakıda keçirildiyini və bu il AVRO-2020-nin dörd oyununun Azərbaycan paytaxtında təşkil olunacağını vurğulayıb. O, AFFA-nın ölkədə kütləviliyin inkişafı istiqamətində gördüyü işləri xüsusi qeyd edərək, nazirliyin də bu işdə əlindən gələn dəstəyi verdiyini söyləyib.

A.Rəhimov bütün namizədlərə uğurlar arzulayıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına futbolçuların da dəstək olacağına ümidvar olduğunu bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov konfransda 35 nümayəndənin hamısının iştirak etdiyini söyləyib.

Xəbər Lenti