Divizionun çempionu və bombardiri, görün, hara getdi!

28 Yanvar 2020 20:32 Azərbaycan Futbolu 1 791
Divizionun çempionu və bombardiri, görün, hara getdi!

Region Liqasının Aran zonasında mübarizə aparan "Şamaxı" heyətini 2 yeni adla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Kənan Kərimovun çalışdırdığı komanda "Energetik"dən Pərviz Əmənülahi və "Şahdağ"dan (Quba) Rəhman Musayevi transfer edib.

3 il öncə "Turan Tovuz"un heyətində I Divizionun çempionu və bombardiri olan hücumçu yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.

Qış transfer dövründə "Energetik"dən Tural Məmmədzadəni də heyətinə cəlb edən "Şamaxı"nın ilk məqsədi qrupdan çıxmaqdır.

Rayonun icra başçısı Tahir Məmmədovun dəstək verdiyi klubun maliyyə vəziyyəti nə yaxşıdır, nə də pis. Region Liqası səviyyəsində ortabablardandır. Hər qələbəyə görə futbolçulara 50-100 manat civarında mükafat verilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"