Region klublarını təcili AFFA-ya yığdılar - FOTOLAR

17 Yanvar 2020 21:17 Azərbaycan Futbolu 855
Region klublarını təcili AFFA-ya yığdılar - FOTOLAR

Bu gün AFFA-nın inzibati binasında Region Liqasında mübarizə aparan komandaların nümayəndələri ilə ilk dövrənin yekunlarına həsr olunmuş görüş keçirib.

Sportinfo.az xəbər verir ki, Məşqçilər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüşdə komandaların problemləri dinlənilib, ikinci dövrənin hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Komandaların təkliflərinin müzakirə olunduğu tədbirdə Region Liqasının daha yaxşı inkişafı üçün görüləcək işlər barədə müzakirələr olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!