AFFA-nın baş katibi Mübariz Mənsimov olsun! - SORĞU

17 Yanvar 16:11 Azərbaycan Futbolu 1 499
AFFA-nın baş katibi Mübariz Mənsimov olsun! - SORĞU

Məlum olduğu kimi, yanvarın 28-də AFFA-nın Hesabat Seçki konfransı keçiriləcək. Toplantıda yanvarın 8-də İcraiyyə Komitəsinin Nizamnaməyə etdiyi dəyişikliklərə əsasən federasiyada yeni icarçı vitse-prezident və İK-da daha 2 posta kimin əyləşəcəyi rəsmən təsdiqlənəcək.

Kluarlarda federasiyanın hazırkı baş katibi Elxan Məmmədovun icraçı vitse-prezident kreslosuna oturacağı barədə söhbətlər səngimək bilmir. Belədə görəsən, baş katib kim olacaq?

Sosial şəbəkələrin ümumi fikrə təsirinin danılmaz və kifayət qədər effektli olduğu bir dönəmdə "facebook"da çoxminlik səhifə izləyiciləri arasında maraqlı səsvermə keçirir.

Sorğuda izləyicilərə "AFFA-nın baş katibi seçki üsulu ilə seçilsə, kimə səs verərdiz?" sualı ilə müraciət olunub və 4 namizəd - Palmali Şirkətlər Qrupu və "Xəzər-Lənkəran" prezidenti Mübariz Mənsimov, milli komandamızın keçmiş müdafiəçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov, veteran futbolçu, AFFA Həmkarlar İttifaqının sədri Nazim Süleymanov və qurumun hazrıkı baş katibi Elxan Məmmədov təqdim edilib.

Maraqlıdır ki, hələlik rəy yazan izləyicilərin əksəriyyəti iş adamı Mübariz Mənsimovun baş katib olmasını istəyir.

Xəbər Lenti
23 Fevral 18:40 Millimizi 0:7 uddular
23 Fevral 14:20 Hazard yenə zədələndi