Qriqorçuk millimizdə?!

16 Yanvar 2020 11:04 Azərbaycan Futbolu 2 048
Qriqorçuk millimizdə?!

Ukrayna mətbuatı maraqlı iddia irəli sürüb. Məlumata əsasən, "Astana"dan ayrılan Roman Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Sportinfo.az xəbər verir ki, onlar 55 yaşlı mütəxəssisin AFFA ilə danışıqlar apardığını qeyd edirlər.

Ukrayna mətbuatı yazır ki, 2018-ci ilin yayından "Astana"da işləyən və bir neçə gün əvvəl Qazaxıstan klubu ilə vidalaşan Qriqorçuk Azərbaycan millisinin baş məşqçisi olmağa ən yaxşı namizəddir. O, 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub və ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti