"Əgər deputat seçilsəm, futbolumuzun problemləri..."

15 Yanvar 2020 15:00 Azərbaycan Futbolu 1 345
"Əgər deputat seçilsəm, futbolumuzun problemləri..."

"2010-cu ildə də Milli Məclisin deputatlığına namizədliyimi irəli sürmüşdüm. Ancaq səs azlığı ilə seçilə bilməmişdim. İnşallah, bu dəfə qalib olaram".

Bu sözləri Sportinfo.az saytına açıqlamasında "Viləş" və "Şəmkir"in keçmiş hücumçusu Alay Bəhramov deyib.

70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyi qeydə alınan veteran futbolçu seçiləcəyi təqdirdə parlamentdə Azərbaycan futbolu ilə bağlı konkret qanun layihəsinin qəbulu üçün çalışacağını deyib:

"Deputat olmaq fikrinə yeni düşməmişəm. 10 il əvvəl də namizədliyimi vermişdim. Futbola gəlincə, bir dəfə müsahibə verib, futbolla qurtarmışam. Buna qədər futbola qayıtmamışamsa, indən belə nə mənası var? Əgər deputat seçilsəm, futbolumuzun problemləri ilə bağlı layihə nəzərdə tutmuşam, qəbul olunması üçün çalışacam".

Qeyd edək ki, Alay Bəhramov 2 dəfə - 1998/1999 və 2001/2002-ci illərdə Azərbaycan Premyer Liqasının bombardiri olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı