Azərbaycanlı futbolçu ərəblərin "gözünə su verdi" - VİDEO

16 Dekabr 2019 09:23 Azərbaycan Futbolu 1 242
Azərbaycanlı futbolçu ərəblərin "gözünə su verdi" - VİDEO

Küveyt Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" "Əl-Sahel"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Kamal oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmada 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunu yüksək səviyyədə keçirən Kamal 47-ci dəqiqədə Fabianonun vurduğu qolun ötürməsini verib. Kamal Küveyt çempionatında daha öncə qol vurmuşdu. "Əl-Salmiyə" 14 xalla 10 komanda arasında 2-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı