Zaur Həşimov: "Premyer Liqada belə stress olmur"

15 Dekabr 2019 19:12 Azərbaycan Futbolu 665
Zaur Həşimov: "Premyer Liqada belə stress olmur"

"Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Səbail"lə matçdan sonra mətbuat konfransında deyib. O, qolsuz heç-heçəni bu cür şərh edib.

"Görüş kifayət qədər stressli oldu. Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!