Sərt reaksiya: "Bir nəfər tapın, sübut edin üzr istəyək" - VİDEO

13 Dekabr 2019 19:50 Azərbaycan Futbolu 916
Sərt reaksiya: "Bir nəfər tapın, sübut edin üzr istəyək" - VİDEO

Sportinfo.az xəbər verir ki, "İdman" TV və Azərbaycan Radiosunun ortaq yayımında efirə yayımlanan "Extra Time" verilişində son günlər bəzi jurnalistlərin saytlar, sosial şəbəkələrdə yazdıqları fikirlərə sərt reaksiya bildirilib.

Müəllif və aparıcı İlkin Baba AFFA-nın baş katibi Elxan Məmmədovun qonaq olduğu verilişi nəzərdə tutaraq, guya müsahibədəki sualların əvvəlcədən razılaşdırlımış olduğu iddialarına açıq şəkildə cavab verib.

Aparıcı bildirib ki, verilişin efirdə olduğu 10 il müddətində qonaq olan heç kim ona hazır suallar təqdim olunduğunu iddia belə edə bilməz: "Bir nəfər tapın, sübut edin, üzr istəyək".

Digər Xəbərlər
Xəbər Lenti