Azərbaycan kuboku: 1/4 finalın hakimləri bilindi

13 Dekabr 2019 12:43 Azərbaycan Futbolu 728
Azərbaycan kuboku: 1/4 finalın hakimləri bilindi

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bazar günün keçiriləcək "Qəbələ" - "Sabah" görüşü İnqilab Məmmədova, "Səbail" - "Zirə" qarşılaşması isə Kamal Umudluya tapşırılıb.

Bazarertəsi oynanılacaq "Neftçi" - "Sumqayıt" matçında ədaləti Elçin Məsiyev qoruyacaq. "Qarabağ" - "Keşlə" oyununun baş hakimi isə Səbuhi Bayramov olacaq.

15 dekabr (bazar)

“Qəbələ” – “Sabah”
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu, 15:00

“Səbail” – “Zirə”
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”, 17:00

16 dekabr (bazar ertəsi)

“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”, 18:00

“Qarabağ” – “Keşlə”
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

Qeyd edək ki, bu mərhələnin bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti