AFFA-dan müəmmalı qərar - İK-in iclası qapalı olacaq

12 Dekabr 2019 20:40 Azərbaycan Futbolu 874
AFFA-dan müəmmalı qərar - İK-in iclası qapalı olacaq

Məlum olduğu kimi, sabah AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı, “Qəbələ” Futbol Klubunun çətin durumu, AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə ounacaq.

Maraqlıdır ki, bu vacib toplantıdan sonra brifinq və mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə AFFA-nın saytı xəbər yayıb. Bildirilib ki, iclasda qəbul olunacaq qərarlar qurumun rəsmi saytında yerləşdiriləcək.

Xəbər Lenti