"Boy-buxunun yaxşıdır, səni 2 ilə FIFA referisi edərəm"

11 Dekabr 2019 21:40 Azərbaycan Futbolu 1 330
"Boy-buxunun yaxşıdır, səni 2 ilə FIFA referisi edərəm"

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik haqda redaksiyamıza ilginc xəbər daxil olub.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, 53 yaşlı avstriyalının milli komandaların Mərdəkandakı təlim-məşq bazasında ofisantla maraqlı söhbəti alınıb.

Ştuxlik "Dalğa Arena"dakı yeməkxananın xidmətçisinə hakim olmağı təklif edib. "Sənin boy-buxunun çox yaxşıdır, xoşuma gəldi. Gəl, hakimliklə məşğul ol. Səni ilyarım, iki ilə FIFA referisi edərəm" deməsinə ofisant sadəcə, təbəssümlə reaksiya verib.

Xəbər Lenti