Qurbanov Gürcüstan klubunu Yüksək Liqaya çıxardı

11 Dekabr 2019 22:10 Azərbaycan Futbolu 892
Qurbanov Gürcüstan klubunu Yüksək Liqaya çıxardı

Nicat Qurbanov Gürcüstanda şərəfini qoruduğu "Samtredia"nın heyətində vacib görüşdə dubl edib.

Sportinfo.az xəbər verir ki, 1-ci liqada mübarizə aparan klubun 27 yaşlı yarımmüdafiəçi “Sioni”yə qarşı keçirilən təkrar pley-off oyununda vurduğu iki qolla komandasının yüksək liqaya vəsiqə qazanmasında böyük pay sahibi olub.

Qurbanov dublla Gürcüstanın birinci liqasında vurduğu qolların sayını 8-ə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti