"Neftçi" bəyənmədi, "Trabzonspor" 1 milyon pul verdi

11 Dekabr 2019 15:10 Azərbaycan Futbolu 1 933
"Neftçi" bəyənmədi, "Trabzonspor" 1 milyon pul verdi

“Trabzonspor” Türkiyə birinci liqasında yarışan “Eskişehirspor”un futbolçusu Jesse Sekidikanı heyətinə cəlb edib.

Sportinfo.az “Haberturk” saytına istinadən xəbər verir ki, 23 yaşlı nigeriyalı yarımmüdafiəçi üçün 1 milyon avro təzminat ödənildiyini yazıb.

Jesse Sekidika bu ilin yanvarında Antalyadakı təlim məşq toplanışı zamanı “Neftçi”də baxışda olub. Lakin baş məşqçi Roberto Bordin onu bəyənmədiyindən futbolçu ilə müqavilə bağlanmayıb. O, Rumıniyanın "Qaz Metan” klubu ilə yoxlama matçında (3:0) iştirak da edib. Lakin futbolçunun oyunu Bordini qane etməyib və "Neftçi"dən göndərilib.

Bundan sonra nigeriyalı oyunçu “Eskişehirspor”a keçib. O, keçən mövsüm 13 matçda 6 qol vurub. Bu mövsümə də Sekidika əla başlayıb. O, 14 matçda 8 qol vurub, 2 qolun isə ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti