"Zirə" əsasnaməni pozdu, "Keşlə"nin bombardiri cəzalandı

11 Dekabr 2019 13:34 Azərbaycan Futbolu 669
"Zirə" əsasnaməni pozdu, "Keşlə"nin bombardiri cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/8 mərhələsində keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Keşlə” – “Kəpəz” matçının 45+1-ci dəqiqəsində “Keşlə” klubunun 5 №-li futbolçusu Franko Flores ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

“Zirə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə ödəyəcək.

Əsasnamənin 9-cu bəndinin şərtləri pozulduğuna görə “Zirə” klubu 800 manat cərimə olunub.

“Sumqayıt” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

Xəbər Lenti