Rusiya klubu azərbaycanlı futbolçudan imtina etdi

11 Dekabr 2019 00:00 Azərbaycan Futbolu 699
Rusiya klubu azərbaycanlı futbolçudan imtina etdi

"Spartak" azərbaycanlı futbolçu Ayaz Quliyevi ölkənin başqa komandasına məsləhət görüb.

Sportinfo.az xəbər verir ki, Mosvka təmsilçisi "Krılya Sovetov"a 23 yaşlı yarımmüdafiəçi ilə qışda müqavilə imzalamağı tövsiyə edib. Lakin "Spartak"ın bu təklifi rədd edilib.

Daha öncə "Spartak"ın Ayaz Quliyevlə yolları ayırmaq istədiyi yazılıb. O, bu ilin yanvarında "Rostov"dan paytaxt klubuna keçib. Yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədir.

Hazırda Moskvanın digər klubu "Dinamo"da çıxış edən Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov"un formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda