Ayaz həsrətlə baxdı

9 Dekabr 2019 15:25 Azərbaycan Futbolu 632
Ayaz həsrətlə baxdı

Rusiya Premyer Liqasında 19-cu tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı evdə “Rostov”la qarşılaşıb.

Ötən mövsüm "Rostov"un heyətində özünü yaxşı tərəfdən göstərəndən sonra yetirməsi olduğu Moskva klubuna qayıdan Ayaz keçmiş komandasına qarşı da forma geyinməyib. Yenə ehtiyatda və əsas heyət üzünə həsrət qalan Quliyevin komandası doğma meydanda 1:4 hesabı ilə məğlub olub.

“Spartak” 22 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər Lenti