Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

7 Dekabr 2019 17:00 Azərbaycan Futbolu 1 632
Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

Xəbər verdiyimiz kimi, noyabrın 20-də Azərbaycanda "Xocalı" adında yeni futbol klubu fəaliyyətə başlayıb. Fəaliyyətlərinin başlanğıcı olaraq klub rəhbərliyi ilk əvvəl Xətai İcra Hakimiyyətinin nümayəndələri, eyni zamanda futbol mütəxəssisləri ilə birlikdə Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət ediblər.

Klubda diqqətçəkən təyinat reallaşıb. Həmkarımız, idman jurnalisti Mirələm Həsənli "Xocalı"nın baş meneceri vəzifəsinə təyin olub. Bununla bağlı Sportinfo.az saytına açıqlama verən Həsənli əsas məqsədlərinin uşaq futbolunun inkişafına töhfə vermək olduğunu deyib.

"İstəyirik, istedadlı uşaqları bir araya yığıb güclü futbolçular yetişdirək. Komandaya hazırda 6 yaşdan 12 yaşadək uşaqlar qəbul olunur. Masazır və Bakıxanov qəsəbələrində, həmçinin Nərimanov rayonunda olan stadionlarda klubun məşq qrupları açılıb. Əhatəni daha da genişləndirmək, məşq qruplarımızın sayını çoxaltmaq istəyirik. Regionlarda "Xocalı"nın filiallarının açılması məsələsi də gələcək planlarımıza daxildir. Hər bir peşəkar klubda olduğu kimi, bizdə də məşqlərə qatılan uşaqlar geyim dəstləri ilə təmin olunur, nəzarətdə saxlanılırlar, məşqlərdən sonra onlara qida rasionları verilir. Ödəniş əksər klublardan ucuz, sərfəli və keyfiyyətlidir. Təbii ki, "Xocalı” adı altında ölkə daxili və xaricində keçiriləcək beynəlxaqlq səviyyəli turnirlərə, yarışlara qatılmaq fikrimiz var".

Xəbər Lenti