Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü - VİDEO

7 Dekabr 2019 01:10 Azərbaycan Futbolu 693
Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü - VİDEO

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir. Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zenit”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sonadək ehtiyatda qalıb. “Dinamo” 19 turdan sonra 24 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər Lenti