Region Liqasında qonşu qonşunun "üzünə baxmadı"

5 Dekabr 2019 18:21 Azərbaycan Futbolu 1 042
Region Liqasında qonşu qonşunun "üzünə baxmadı"

Region Liqasında 6-cı turun turun matçları keçirilib. Sportinfo.az xəbər verir ki, cənub zonasının lideri “Alyans”ı, nəhayət ki, dayandıran tapılıb. Lənkəranlılar “doğma divarlar” arasında minimal hesabla “Ümid”ə uduzub.

Valid Yusubzadənin avtoqulu Cəlilabad komandasına qələbə qazandırıb.

Alyans (Lənkəran) - Ümid (Cəlilabad) 0:1
Şıxlar (Qobustan) - TST Astara 0:3
Neftçala – Ərkivan (Masallı) 1:0

1. Alyans 6 4 1 1 16-4 13
2. Ümid 6 3 2 1 13-8 11
3. TST Astara 5 2 3 0 13-4 9
4. Neftçala 6 2 3 1 9-8 9
5. Ərkivan 6 1 1 4 4-18 4
6. Şıxlar 5 0 0 5 1-14 0

Bombardir: Röyal Nəcəfov (TST Astara) – 6.

Mərkəz zonasında 6-cı tur iddialılardan birinin büdrəməsiylə diqqəti çəkib. Belə ki, "Şamaxı" səfərdə "İmişli" ilə “sülh bağlayıb”. Kənan Kərimovun çalışdırdığı komanda 62-ci dəqiqədə hesabda önə çıxsa da, meydan sahibləri əsas vaxtın sonuna 5 dəqiqə qalmış “status-kvo”nu bərpa etməyə nail olub.

“Şamaxı”nın xal itirməsi isə “Ağsu Siti”nin işinə yarayıb. Səfərdə “Araz”ı böyük hesabla yenən ağsulular qrupun vahid lideri olub.

İmişli – Şamaxı 1:1
Araz (Saatlı) - Ağsu Siti 1:6

1. Ağsu Siti 5 4 1 0 24-6 13
2. Şamaxı 5 3 2 0 10-3 11
3. Mil 4 2 0 2 10-15 6
4. İmişli 5 1 1 3 6-14 4
5. Araz 5 0 0 5 10-22 0

Bombardir: Aydın Qasımov (Ağsu siti) – 8.

8 komandanın mübarizə apardığı Paytaxt və Şimal zonasında bir oyun təxirə salınıb. Qarşılıqlı razılaşma əsasında “Uğur” – “İrəvan” matçı başqa vaxta keçirilib. Turun mərkəzi görüşündə isə Quba “Şahdağ”ı Qusardan olan adaşını qəbul edib.

Qarşılaşma Kamran Əlibabayevin yetirmələrinin böyükhesablı qələbəsi ilə başa çatıb. Qusarlılar qubalıların qapısından 5 cavabsız top keçirib. Məğlubiyyət azmış kimi, bu oyundan sonra qubalılar baş məşqçisiz qalıb. Belə ki, maliyyə problemi səbəbindən İbrahim Uzunca “Şahdağ”ın baş məşqçisi postundan ayrılıb.

“Şirvanovka” da turu böyükhesablı qələbə ilə başa vurub. “Kəndlilər” “Qardaşlar”ı meydana çıxmağa peşman edib. Elvin Bahadırovun het-trik etdiyi oyunda meydan sahibləri qonaqları 8 dəfə meydanın mərkəzinə dəvət edib. Liqanın debütantı “Qusar” isə səfərdə “Xudat”ı yenib.

Şirvanovka - Qardaşlar 8:0
Şahdağ (Quba) – Şahdağ (Qusar) 0:4
Xudat (Xaçmaz) - Qusar 3:6

1. Şahdağ (Qusar) 6 6 0 0 28-2 18
2. Uğur 5 5 0 0 35-3 15
3. Şahdağ (Quba) 6 4 0 2 15-12 12
4. Qusar 6 3 0 3 26-13 9
5. Şirvanovka 6 3 0 3 16-14 9
6. İrəvan 5 1 0 4 12-19 3
7. Qardaşlar 6 1 0 5 11-60 3
8. Xudat 6 0 0 6 8-28 0

Bombardirlər: İlham Allahverdiyev (“Şahdağ”, Qusar) - 11, Məhəmməd Alıyev (Uğur) – 9.

Qərb və Şimal-Qərb zonasında ikinci dövrə sensasiya ilə başlayıb. Belə ki, lider "Energetik" ilk dövrədə bütün matçlarını uduzan "Oğuz"la səfərdə matçında gözlənilmədən büdrəyib. Mingəçevir təmsilçisi yalnız sona 5 dəqiqə qalmış məğlubiyyətdən qaçıb.

"Göyəzən" ardıcıl 2-ci oyunda uduzub. Bu dəfə Qazax komandası "Şəki"yə uduzub. “Qoşqar UGİM 2” isə hesabat turunda meydana çıxmayıb. Bu dəfə istirahət etmək növbəsi gəncəlilərin olub.

Oğuz – Energetik (Mingəçevir) 1:1
Göyəzən (Qazax) - Şəki 0:2

1. Energetik 5 4 1 0 24-7 13
2. Şəki 5 3 1 1 8-6 10
3. Göyəzən 5 1 2 2 10-11 5
4. Qoşqar UGİM-2 4 1 1 2 5-10 4
5. Oğuz 5 0 1 4 4-17 1

Bombardir: Zamir Cəlilov (Energetik) – 8.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!