"18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu yetişməyib" - PONOMARYOV

5 Dekabr 2019 12:38 Azərbaycan Futbolu 1 051
"18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu yetişməyib" - PONOMARYOV

Milli komandamızın sabiq baş məşqçisi, "Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov milli komandamızın AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurmasını tənqid edib.

Sportinfo.az xəbər verir ki, 1988-ci ilin Olimpiya çempionu uşaq futbolunda da vəziyyətin yaxşı olmadığını deyib:

"Yığmanın qrupu cəmi 1 xalla başa vurması ölkə futbolu adına böyük minusdu. 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib. Niyə yaxşı futbolçular yetişmir? Niyə heç kim soruşmur ki, nə baş verir? Niyə? Çünki biz nə edirik? Gündə bir akademiya açırıq. "Mançester Yunayted" məktəbi, o biri, bu biri. Hə, nə olsun? Hanı o akademiyalardan çıxan uşaqlar? Bu gün çempionatımızın səviyyəsi hansı vəziyyətdədi? Bu məqam təmsilçilərimizin avrokubok matçlarında özünü açıq-aşkar göstərir. Ölkənin imkansız vaxtlarında çempionatda 16, 18 komanda iştirak edirdi. Indi şərait yaxşılaşıb, ölkənin vəziyyəti düzəlib, elitada cəmi 8 komanda çıxış edir. Yatıb-durursan, yenə "Qarabağ", "Səbail", "Neftçi" ilə oynamalısan" ("Futbol+" qəzeti).

Xəbər Lenti