Rövnəq Abdullayev AFFA-dan nə vaxt getmək istəyir?

5 Dekabr 2019 11:42 Azərbaycan Futbolu 3 859
Rövnəq Abdullayev AFFA-dan nə vaxt getmək istəyir?

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

Dekabrın 3-də “SOCAR Tower”də şirkətin neftin, qazın nəqli və neft təsərrüfatı üzrə vitse-prezidenti Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İsgəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilib.

Mətbuatda yayılan xəbərlərə inansaq, SOCAR-ın prezidenti Rövnəq Abdullayev yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi gözlənilir. Onun SOCAR-dakı kabinetində yır-yığış etdiyi də bildirilir.

Sportinfo.az-ın məlumatına görə, Abdullayev SOCAR-ın prezidenti postundan uzaqlaşdırılsa da, AFFA prezidenti kimi fəaliyyətini davam etdirəcək. Amma müvəqqəti. Avropa çempionatının final mərhələsi başa çatdıqdan sonra Rövnəq Abdullayevin federasiyadakı vəzifəsindən də ayrılması gözlənilir.

Belə götürəndə, o, AFFA-nın formal rəhbəridir. 2008-ci ildən quruma rəhbərlik edən Rövnəq bəy son vaxtlar futbolla əlaqələrini, belə demək mümkünsə, dondurub. Nə AFFA-ya gəlir, nə millinin oyunlarına. Faktiki heç nəyə qarışmır, münasibət bildirmir. Sadəcə, federasiyanın baş sponsoru olan neft şirkətinin prezidenti kimi kənara çəkilib.

Abdullayev bütün səlahiyyətlərini de-fakto Elxan Məmmədova verib. AFFA-da bütün qərarların müəllifi və icraçısı baş katibdir. Abdullayev ounn gücünü və əlaqələrini görür, odur ki, aıdını çəkdiyimiz şəxslə hesablaşır, yeri gələndə, ehtiyat eləyir.

Bildiyimizə görə, Rövnəq bəy ötən müddətdə 4 dəfə AFFA-dan getmək istəyib və bununla bağlı müvafiq instansiyalara müraciət edib. Məqsədi yalnız Azərbaycan Cüdo Fedrrasiyasının prezidenti kimi idmanda qalmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti