Vüqar Nadirov "lipa"dır?

19 Noyabr 2019 16:53 Azərbaycan Futbolu 1 836
Vüqar Nadirov "lipa"dır?

Sosial şəbəkələrdə "Qarabağ"ın və millimizin sabiq futbolçusu Vüqar Nadiovun uşaqlıq fotosi paylaşılıb.

Sportinfo.az xəbər verir ki, şəkil 1987-ci ildə çəkilib. "Qarabaghfk Arxiv" səhifəsinin paylaşdığı fotoda Qarabağda şəhid olmuş "General" ləqəbli Ərşad Nadirov övladları ilə birgədir.

Ərşad Nadirov 1993-cü ildə Ağdamın müdafiəsi zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Yığmamızın sabiq hücumçusu uzun illər "Qarabağ" klubunda rəhbər vəzifələrdə çalışmış Adil Nadirovun qardaşı oğludur.

Sosial şəbəkə istifadəçiləri foto ilə bağlı şərhlərində daha çox Vüqarın yaşına görə mübahisə ediblər. Ağdam klubunda çıxış etmiş forvardın sənədlərdə 1985-ci il təvəllüdlü olduğu göstərilir. 1987-ci ildə çəkilən ailə fotosunda isə Nadirovun 2 yaşlı uşağa bənzəməməsi istifadəçilərin müzakirəsinə səbəb olub.

Olmaya Vüqar da bir çox futbolçularımız kimi yaşını azaldıb "lipa"laşıb?

Digər Xəbərlər
Xəbər Lenti