Burada kim kimədir, kim kimə… - FOTOREPOPTAJ

18 Noyabr 2019 22:30 Azərbaycan Futbolu 733
Burada kim kimədir, kim kimə… - FOTOREPOPTAJ

Bakı Futbol Liqasında 1-ci dövrə başa çatıb. Sportinfo.az xəbər verir ki, A qrupunun ilk matçında "Astara FK" "Əmirli Tovuz"la qarşılaşıb və cənub təmsilçiləri 4:0 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə "Astara FK" ilk dövrəni 18 xalla qrup lideri kimi başa vurub. "Füzuli FK" isə "Palermo Baku"nun qonağı olub. Aranlılar gənclər üzərində 5:3 hesablı qələbə qazanıb.

"Çağırğan FK" - "Mübariz FK" matçında birincilər üstün olub. Sabirabad təmsilçisi 5:1 hesabı ilə rəqibini üstələyib. "Khazar FC" də "Lökbatan FK"ya məğlub olub. Oyun qonaqların 7:1 hesablı qələbəsi ilə başa çatıb.

B qrupunda "Tornado FK" ilə "FC Baku" qarşılaşıbr.İkincilər 10:1 qalib gəlməklə rəqibi ilə arasındakı 4 xallıq fərqi qoruyub və 19 xalla 1-ci dövrəni B qrupunun lideri kimi başa vurub.

"Sirena Motors"un "Army United"lə oyununda turun növbəti 5:1 hesabı qeydə alınıb. Avtomobilçilər 3 xalın sahibi olub. "Alliance FK"- "Göytürk FK" oyunu isə baş tutmayıb. Meydançaya çıxmayan "Göytürk FK"ya texniki məğlubiyyət verilib.

Turun ən bol qollu matçında "Seniors" "Balaxanı FK"nı 13:5 hesabı ilə məğlubiyyətə uğradıb. "Seniors" "FC Baku" ilə birlikdə 19 xalla B qrupunun zirvəsində qərarlaşıb.

Xəbər Lenti