Azərbaycanlı futbolçu İspaniyada gözəl qol vurdu - VİDEO

17 Noyabr 2019 14:13 Azərbaycan Futbolu 909
Azərbaycanlı futbolçu İspaniyada gözəl qol vurdu - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya "Albasete"sinin heyətində ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi II Liqanın XVI turunda "Saraqosa" ilə səfər oyununda fərqlənib. Start heyətində yer alan İsrafilov 90+4-cü dəqiqədə qələbə topuna imza atıb - 1:0. Onun qolla nəticələnən zərbəsi baxımlı alınıb.

Eddi İsrafilov Azərbaycan millisinin Uelsə 0:2 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə matçında iştirak etməyib. O, Slovakiya ilə son qarşılaşmanın hazırlıqlarına qoşulacaq.

Qolu bu linkdən izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=-Z7ZnEKEz54&t=2s

Xəbər Lenti