Elxan Məmmədov - İTV mübarizəsi - Dadaşlinskidən, Novruzəliyə, Cem Yılmaza kimi

16 Noyabr 2019 16:05 Azərbaycan Futbolu 1 319
Elxan Məmmədov - İTV mübarizəsi - Dadaşlinskidən, Novruzəliyə, Cem Yılmaza kimi

Son günlər Elxan Məmmədov sözün əsl mənasında trend olub. Hara baxırsan, hansı saytı açırsan, AFFA-nın baş katibindən danışırlar. Futbol "1 nömrəli" idman növü olduğundan bəlkə də bunu normal qarşılamaq olardı. Ancaq Məmmədovun bugünlərdəki populyarlığı heç Cem Yılmazdan geri qalmır. Cem demişkən, "Topaz" da iş tapdı da, millinin oyunu günü Türkiyənin ən məşhur komediya ustasının Bakıda konsertini təşkil edir. Onsuz da yığmamızın oyunlarına gələn yoxdur, "Bakcell Arena"ya heç 7-8 min azarkeş toplaşmır, bir tərəfdən də bu Cem abi. Artıq futbol "xəstəsi" olan nə qədər adam rastıma çıxıb ki, millinin oyunundansa, Bakı Konqres Mərkəzində keçiriləcək "gülüş gecəsi"nə üstünlük verir.

Hardan-hara gəldim, axı AFFA-nın baş katibindən danışırdım, əslində Elxan müəllim də Cem Yılmazın qəhrəmanlarından biri ola bilər. İki həftəyə yaxındır ki, İctimai Televiziya federasiya rəsmisini axtarır. Dadaş Dadaşlinski hər verilişdə baş katibin adını çəkir, onun efirdən yayındığını deyir. Hərçənd AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla onlara rəsmi dəvət gəlmədiyini bildirdi. Dadaşlinski də buna bənd imiş kimi Eddi İsrafilovun Uelslə oyuna gəlməməsi məsələsini qabardıb, federasiya ilə "mırt tutdu". Ümumiyyətlə, AFFA-nın son vaxtlar bu cür texniki qüsurları artmağa başlayıb. Gah Novruzəlinin məktubu kimi "Albasete"yə göndərilən namə ünvana çatmır, gah da Uelsin mətbuat konfransında tərcüməçi qız Giqqzə deyir ki, "Beyl kimdir?". Şükür Allaha, bu səhər də Avropa mətbuatı bizdən yazır, gündəmdə qalmağı bacarırırq. "Daily Mail", "The Sun", bir sözlə, Britaniyanın əksər qəzetləri tərcüməçi xanımla Giqqz arasındakı dialoqu qabardıb.

Elxan Məmmədov əvəllər ağıllı strateq, uzaqgörən marketoloq, hiyləgər idarəçi imici qazanmışdı. Amma bütün bu miflər bir-bir puç olub, sıradan çıxır. İTV-nin AFFA-nın baş katibini bu cür hədəf seçməsi, dayanmadan onun üzərinə getməsi çətin ki, təsadüf olsun. Hər kəs bilir ki, İctimai Televiziyanın baş direktoru Balaş Qasımov iqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın dostu, kadrıdır.

Qasımovun İTV-nin rəhbəri təyin olunmasından sonra ən baxımlı televiziyaya çevirilməsi, tamaşaçıların rəğbətini qazanması göz önündədir. Mikayıl Cabbarov isə Vergilər Nazirliyində özünü doğrultduğuna görə ona daha böyük səlahiyyətlər verildi və digər quruma rəhbər göndərildi.

Dövlər başçısı İlham Əliyev naziri qəbul edərkən, onun işindən razı qaldığını vurğuladı. Deməli, tərəzinin bir tərəfində prezidentin sevimli kadrları, ümidləri doğruldan insanlar, digər tərəfdə isə günü-gündən gözdən düşən, sosial şəbəkələrin anti-qəhrəmanı Elxan Məmmədov.

Görək, baş katib bu dəfə qurtula biləcəkmi?

CAVİD

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"