AFFA-nı sərt tənqid etdi, yığma ilə Yunanıstana getdi

15 Noyabr 2019 12:36 Azərbaycan Futbolu 966
AFFA-nı sərt tənqid etdi, yığma ilə Yunanıstana getdi

Sportinfo.az-a müsahibə verərək AFFA-nı kəskin tənqid edən Mahir Şükürov 17 yaşlılardan ibarət milli komandamızla Yunanıstana Avropa çempionatının seçmə mərhələ oyunlarını izləməyə gedib. "Federasiyada oturanların əksəriyyəti şərəfsizdir", "futbolu məhv edirlər" deyən yığmamızın sabiq üzvünə necə olub ki, belə şərait yaradılıb?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Şükürovun onlara müraciət etdiyini deyb:

"Bəli, Mahir Şükürov hazırda U-17 ilə birgə Yunanıstandadır. Lakin burda söhbət AFFA tərəfindən ezamiyyətə göndərilməkdən, yaxud yığmada nəyəsə nəzarət etməkdən getmir. Şükürov AFFA-ya müraciət edərək, millinin sabiq üzvü olduğunu və buna görə də yığma ilə birgə Yunanıstana səfər etmək istədiyini bildirmişdi. AFFA rəhbərliyi də onun millidəki xidmətlərini nəzərə alıb, belə şərait yaratdı. U-17-yə nəzarətçi kimi səfərə Bernard Lippertlə Miloş Velebir yollanıb". (Futbol+)

Xəbər Lenti