AFFA Həmkarlar İttifaqı Masallıya "ayaq açdı"

13 Noyabr 2019 18:13 Azərbaycan Futbolu 719
AFFA Həmkarlar İttifaqı Masallıya "ayaq açdı"

AFFA Həmkarlar İttifaqı bölgələrə səfərini davam etdirir. Sportinfo.az xəbər verir ki, AFFA Hİ-nin sədri Nazim Süleymanov və qurumun üzvləri - Samir Ələkbərovla Asəf Namazov Masallıda futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Nazim Süleymanov təşkilatın fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Futbolumuzun durumu ilə bağlı müzakirə aparılıb, Masallı futbol ictimaiyyətinin təklifləri dinlənilib.

Masallı futbol ictimaiyyəti AFFA Həmkarlar İttifaqının yaradılmasını dəstəklədiklərini bildiriblər və qurumun aktiv fəaliyyət göstərməsi üçün hər cür yardım göstərəcəklərini qeyd ediblər.

Daha sonra AFFA Həmkarlar İttifaqının yerli təşkilatının təsis iclası keçirilib. Masallıda AFFA Həmkarlar İttifaqının yerli təşkilatı təsis olunub. Balayar İbayev təşkilata sədr seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı