Birində "Astara" FK, birində "FC Baku" - FOTOREPORTAJ

13 Noyabr 2019 16:06 Azərbaycan Futbolu 1 279
Birində "Astara" FK, birində "FC Baku" - FOTOREPORTAJ

Bakı Futbol Liqası 2019/20-ci il mövsümündə I dövrənin sonuna yaxınlaşırıq. Sportinfo.az xəbər verir ki, VI turun ilk oyunu B qrupunun komandaları arasında baş tutub.

"Balaxanı" FK - "Alliance" FK qarşılaşmasında qonaqlar 4:1 hesablı qələbə qazanıb. "Füzuli" "Mübariz"i qəbul edib və bu görüşdən 3 xalla ayrılıb. "Seniors" "Army United"i 6-3 hesabı ilə məğlub edib.

"Sirena Motors" VI turda "Tornado" FK-nın qonağı olub. B qrupunun matçında "Sirena Motors" rəqibindən 2:0 üstün olub. "Palermo Baku" - "Astara" FK dueli cənub təmsilçisi üçün asan keçib - 6:1.

"Khazar" FC Vı turda "Əmirli Tovuz"la qarşılaşıb. Tovuzlular təcrübəli heyəti ilə rəqibini 8:0 hesablı yenilgiyə uğradıb. "Lökbatan" FK - "Çağırğan" FK matçında birincilərə, "FC Baku" - "Göytürk" FK qarşılaşmasında isə qonaqlara oyunda iştirak edə bilməmələri səbəbindən texniki məğlubiyyət verilib.

VI turdan sonra A qrupunda "Astara" FK, "Çağırğan" FK, "Füzuli" FK, "Əmirli Tovuz" ilk 4 sırada qərarlaşıblar. B qrupunda isə ilk 4 pilləni "FC Baku", "Seniors", "Tornado" FK və "Sirena Motors" tutur. Növbəti turun oyunları 17 noyabr tarixində keçiriləcək.

Xəbər Lenti