Azərbaycan kubokunun püşkü atıldı - "Keşlə" "Kəpəz"ə qarşı

13 Noyabr 2019 15:20 Azərbaycan Futbolu 1 114
Azərbaycan kubokunun püşkü atıldı -

Bu gün Azərbaycan kubokunda 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, kubokda Premyer Liqada iştirak edən 8 klub və I Divizionun 4 təmsilçisi - “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” iştirak edəcək.

Komandalar reytinqlərinə əsasən 3 səbətə bölünüb. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 - 8-ci yerlərdə başa vurmuş komandaların - "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək. Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla - "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar.

Beləliklə, təsnifat mərhələsində qarşılaşacaq cütlüklər:

"Sabah" - "Ağsu"

"Zirə" - "Qaradağ Lökbatan"

"Sumqayıt - "Zaqatala"

"Keşlə" - "Kəpəz"

1/4 final: "Qəbələ" - "Sabah" - "Ağsu" cütünün qalibi

"Səbail" - Zirə" - "Qaradağ Lökbatan" cütünün qalibi

"Neftçi" - "Sumqayıt - "Zaqatala" cütünün qalibi

"Qarabağ" - "Keşlə" - "Kəpəz" cütünün qalibi.

Təsnifat mərhələsinin oyunları dekabrın 4-ü baş tutacaq. 1/4 finalın qarşılaşmaları 15-16 dekabrda, cavab matçları islə 19-20 dekabrda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!