Naxçıvanda gözlənilən bərabərlik - FOTOLAR

9 Noyabr 2019 21:35 Azərbaycan Futbolu 741
Naxçıvanda gözlənilən bərabərlik - FOTOLAR

Bu gün Naxçıvanda "Araz-Naxçıvan” və "Neftçi"nin veteranlardan ibarət komandası arasında yoldaşlıq görüşü keçirilib. Sportinfo.az xəbər verir ki, Dövlət Bayraq Gününə həsr olunan oyun Muxtar Respublika Stadionunda baş tutub.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri və eyni zamanda Naxçıvan MR Futbol Federasiyasının sədri Azad Cabbarov oyundan öncə veteran futbolçularla görüşüb. O, Naxçıvanda futbolun inkişafı üçün gördükləri işlərdən danışıb:

“Uşaq futboluna daha çox yer ayıraraq gələcək üçün istedadlı nəsli yetişdirməklə bərabər futbolun hər sahəsini əhatə edən plan və strategiyamız mövcuddur. Məqsədimiz birlik və bərabərlik içində futbolun inkişafına töhfə verməkdir.

Oyun 1:1 hesabı ilə başa çatıb. "Neftçi" veteranlarından İlham Yadullayev fərqlənib. “Araz-Naxçıvan” komandasından Yunis Məhərrəmovun vurduğu qol yekun nəticəni müəyyənləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"