Elxan Məmmədovdan veteranlara xüsusi tapşırıq

9 Noyabr 2019 18:21 Azərbaycan Futbolu 903
Elxan Məmmədovdan veteranlara xüsusi tapşırıq

AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda karyerasını yeni bitirmiş futbol veteranları ilə gizli görüş keçirib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, federasiyanın inzibati binasında gerçəkləşən toplantıda bir sıra məsələlər müzakirə olunub.

Belə ki, son vaxtlar başı daha çox AÇ-2020 ilə bağlı məsələlərə qarışan baş katib veteranlara vəd verib. Məmmədov onların yaxın gələcəkdə 1000-1500 manat əməkhaqqı ilə istər federasiya, istərsə də yığma komandalarda işlə təmin olunacağına kömək edəcəyini deyib.

AFFA rəsmisi bunun müqabilində onların qarşısına şərt qoyub. Gənc veteranlar AFFA-ya, daha doğrusu, baş katibə yönələn tənqidlərə cavab verməli, onun fəaliyyəti haqqında müsbət fikirlər səsləndirməlidirlər. Bunu edə bilməyənlər isə sadəcə susmalı, tənqidi çıxışlardan yayınmalıdırlar.

Digər Xəbərlər
Xəbər Lenti