AFFA "Binə"ni dinlədi, "Sabah"a da məğlubiyyət verdi

7 Noyabr 2019 11:40 Azərbaycan Futbolu 523
AFFA "Binə"ni dinlədi, "Sabah"a da məğlubiyyət verdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb. Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Binə” klubunun iddiası qismən təmin edilib.

- AFFA İntizam Komitəsinin 1 oktyabr 2019-cu il tarixli qərarı ilə “Binə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərarı dəyişdirilərək İntizam Məcəlləsinin 48.3-cü maddəsi tətbiq olunmaqla hər iki komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilsin.

Qeyd edək ki, U-15 liqasında "Sabah" - "Binə" matçı 1:1 hesabı ilə başa çatmışdı.

- AFFA İntizam Komitəsinin 22 oktyabr 2019-cu il tarixli qərarı ilə 19 oktyabr 2019-cu il, Bakcell U-17 Liqasının, “Xəzər Lənkəran” – “Kəpəz” matçı ilə bağlı qərarına yenidən baxılması üçün iddiaçının təqdim etdiyi video-görüntülərlə birlikdə AFFA İntizam Komitəsinə qaytarılsın.

- “Standard” klubunun iddiası təmin edilməsin.

AFFA İntizam Komitəsinin 15 oktyabr 2019-cu il tarixli qərarı ilə 11 oktyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Standard” – ADBTİA matçının 11-ci dəqiqəsində “Standard” klubunun 99 №-li futzalçısı Anar Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalandırılması qərarı qüvvədə saxlanılsın.

Xəbər Lenti