Almaniya Azərbaycan klubunu rəsmən tanıdı

6 Noyabr 2019 20:50 Azərbaycan Futbolu 1 130
Almaniya Azərbaycan klubunu rəsmən tanıdı

Dünya Azərbaycanlıları Assambleyasının futbol klubu olan "AZE Nakhchivan SK" (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Report"a Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev deyib.

O, əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etməkdən ibarət olduğunu bildirib.

Quliyevin sözlərinə görə, klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır:

"Bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına avropalıların diqqətini cəlb etmək istəyirik. Eyni zamanda peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etmək niyyətindəyik”.

"AZE Nakhchivan SK" 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edilib.

Futbol mütəxəssisi Aydın Karaca “AZE Nakhchivan SK"nın rəhbəri, Serdar Demir klubun icraçı direktoru, Nana İzak (qanalı futbol mütəxəssisi) klubun rəhbərinin müavini, Erkan Çelik maliyyə məsələlərindən məsul şəxs, "Araz Naxçıvan" futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib. Klubun artıq 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti