"Bir o qalmışdı ki, düşüb 1-2 manatdan pul yığaq" - Azərbaycan klubunun prezidenti

6 Noyabr 2019 13:47 Azərbaycan Futbolu 1 021
"Bir o qalmışdı ki, düşüb 1-2 manatdan pul yığaq" - Azərbaycan klubunun prezidenti

Region Liqasında mübarizə aparan "Şahdağ-Quba"nın prezidenti Xanbaba Daşdının mövsüm başlayan kimi istefa verməsi təəccüb doğurmaya bilməz. Bir neçə aydır iddialı açıqlamaları ilə diqqət çəkən Daşdının 2 tur sonra postundan getməsi gözlənilməz oldu.

Sportinfo.az saytına açıqlama verən klub rəhbəri istefasının səbəblərini izah edib.

"İstefa verməyimin 2 əsas səbəbi var. "Uğur"la oyunda baş verənlər isə son nöqtə oldu. Mən komandanı yaradanda dəstək alacağımı gözləyirdim. Ancaq gözləntilərimin əksi oldu. Yalnız bir yol qalmışdı ki, düşüb əhalidən 1-2 manatdan pul yığaq. Bunu isə heç vaxt etmərəm. Çünki belə klub saxlamaq olmaz. Dugər səbəbə gəlincə, "Uğur"la görüşdən qabaq futbolçulara demişdim ki, bu oyun mənim üçün çox vacibdir. 0:4 hesablı məğlubiyyət olan-qalan həvəsimi öldürdü . Hansı əziyyətlər çəkdiyimi hər kəs bilir. Bu əziyyətləri çək, vacib oyunda hansısa hakim gəlib səni biabır etsin... Kim qəbul edər? "Uğur"un güclü komanda olmasına söz yox, ancaq bu hesab oyuna görə olmadı. Futbolçularımızdan da bəzilərinin günahı var idi, adlarını çəkmək istmirəm. Oldu, keçdi. Mən xarakterli və qürurlu bir insanam. Ziyanın yarısından da dönmək xeyirdir. Klub yoluna davam edəcək. Komandaya tanış olan yaxın bir dostumuzu rəhbər təyin edəcəyik. Klubun liqadan çəkilməyinin əlehinəyik. AFFA-nın baş katibi Elxan müəllimlə görüşümüzdə belə bir halın olmayacağını demişdik".

Daşdı baş məşqçi postuna gətirdiyi İbrahim Uzuncanın fəaliyyətini davam etdirib-etdirməyəcəyinə də aydınlıq gətirib:

"Bu barədə indi dəqiq söz deyə bilmərəm. Uzunca ilə sabah görüşüb söhbət edəcəyik. Qalıb-qalmayacağına onda aydınlıq gələcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”