"Atletiko"və "Çelsi"yə qol vuran forvard: "Azərbaycan vətəndaşlığını qəbul etmədim"

6 Noyabr 2019 11:18 Azərbaycan Futbolu 771
"Atletiko"və "Çelsi"yə qol vuran forvard:

Bu ilin əvvəlindən "Karpatı"nın formasını geyinən "Qarabağ"ın keçmiş hücumçusu Yaroslav Deda Ukrayna klubunun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanda oynadığı vaxtı yada salan 20 yaşlı forvard ona ölkəmizdə vətəndaşlıq təklifi edildiyini və razı olmadığını deyib.

"Əsas məqsədim ölkəmin yığmasında çıxış etməkdir. Azərbaycanda legioner həyatım mənə çox şey qazandırdı. "Qarabağ" haqda eşidəndə düşünmədən qərar verdim. Çünki Çempionlar Liqasında oynamaq şansım və ümidim var idi. Azərbaycanda mentalitet bizimkindən fərqlidir, buna baxmayaraq, orada heç bir çətinlik yaşamadım. Ölkəyə iki aya uyğunlaşdım və özümü evdəki kimi hiss etdim. 2017-ci ilin noyabrında mənə vətəndaşlığımı dəyişmək təklif edildi. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna millisində oynamaq istəyirəm".

2017-ci ilin yayında "Volın"dan "Qarabağ"a keçən Deda Ağdam klubunun əvəzedicilərində çıxış edib və Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın heyətində xüsusən UEFA Gənclər Liqasında çıxışı ilə diqqət çəkmişdi. Qrup oyunlarında 3 qol da vurmuşdu - 2-ni Madrid "Atletiko"suna, 1-ni isə "Çelsi"yə.

Xəbər Lenti